"Ermənistanın hər hansı bir rəhbəri ilə telefon danışığım olmayıb" - Prezident

 22:29 28.09.2021     199

"Ermənistanın hər hansı bir rəhbəri ilə telefon danışığım olmayıb".

Redaktor.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 28-də Fransanın “France-24” televiziya kanalına müsahibəsində deyib.

"Adətən iki ölkə rəhbəri arasında təmaslar ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunurdu. Onlar gündəliyi təklif edirdi, onlar görüşləri təşkil edirdi. Mənim prezidentlik təcrübəmdə heç vaxt Ermənistanın hər hansı bir rəhbəri ilə telefon danışığım olmayıb. Yəqin ki, bu yanaşma bunu etmək üçün doğru yol deyil. Lakin Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, əlbəttə, biz buna qarşı çıxmarıq", - deyə dövlət başçısı bildirib.