Rusiya Bakı və İrəvandan cavab gözləyir

 18:19 30.09.2021     1151

“Rusiya Azərbaycan və Ermənistandan delimitasiya və demarkasiya prosesinin başladılmasına dair təklifinə cavab gözləyir”.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat və informasiya departamentinin sədrinin müavini Aleksey Zayçev bu gün keçirilən brifinq zamanı deyib. 

O bildirib ki, müvafiq danışıqlar prosesinin başlamasını təmin etmək üçün Rusiya tərəfindən təkliflər hazırlanıb və nəzərdən keçirilməsi üçün Bakı və İrəvana təqdim olunub. 

“Tərəfdaşlarımızdan reaksiya gözləyirik”, - deyə Zayçev əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən