Mixail Saakaşviliyə qarşı yeni ittihamlar

 18:00 03.10.2021     1719

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili öz vətənində iki cinayət işi üzrə məhkum olunub, prokurorluq sərhədləri qanunsuz keçmə ilə əlaqədar ona yeni ittiham irəli sürülməsinə ehtiyac görmür.

Redaktor.az xəbər verir ki, bu barədə TASS Gürcüstan Baş Prokurorluğuna istinadən məlumat yayıb.

"Mixeil Saakaşvili artıq məhkum edilib. Onun barəsində cinayət işləri var. Buna uyğun olaraq o, həbs edilib və cəzaçəkmə müəssisəsindədir. Sərhədi keçmə işinə gəlincə, lazım bildiyimiz zaman yeni ittiham irəli sürülə bilər", - prokurorluğun mətbuat xidmətinin əməkdaşı bildirib.

O qeyd edib ki, Gürcüstan qanunvericiliyinə görə, cinayət işi açılmış şəxsə yeni ittiham irəli sürmək üçün müstəntiqlərin 48 saat vaxtı var:

"Bu, baş verməsə, hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi azad etməyə borcludurlar. Saakaşviliyə gəldikdə, bu qayda tətbiq edilmir, çünki o, təqsirləndirilən şəxs deyil, məhkum kimi saxlanılır".

Mixeil Saakaşvili oktyabrın 1-də feysbukda Gürcüstanın Batumi şəhərinə gəldiyini iddia etdiyi video yerləşdirdikdən sonra saxlanılıb. Daha sonra prokurorluq Saakaşvilinin Gürcüstana gəlməsi ilə əlaqədar olaraq dövlət sərhədini qanunsuz keçmə faktı ilə bağlı cinayət işinin açıldığını bildirib. Keçmiş prezident hazırda Rustavi şəhərindəki həbsxanadadır.