Paşinyan İlham Əliyevlə görüşə hazır olduğunu BƏYAN ETDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirib.
Redaktor.az “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyan bu barədə Vilnüsdəki erməni icmasının nümayəndələri ilə görüşündə deyib.
Baş nazir görüşdə mina xəritələri barədə də danışıb. O bildirib ki, Qarabağı işğalda saxladıqları müddətdə basdırdıqları minaların xəritələrini də Azərbaycan Prezidenti ilə görüşə aparmağa hazırdır.
Paşinyan bunun üçün iddia edir ki, guya Azərbaycanda olan erməni əsirlər geri qaytarılmalıdır.
Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyev İspaniyanın EFE agentliyinə müsahibəsində Ermənistanın baş naziri Paşinyanla görüşə hazır olduğunu vurğulayıb.