Rusiya və İran XİN başçıları Cənubi Qafqazı müzakirə etdilər

 15:33 06.10.2021     855

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian oktyabrın 6-da Moskvada Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə nazirlərin keçirdiyi brifinqdə bildirilib.

Əmirabdullahianın sözlərinə görə, Cənubi Qafqazda onları narahat edən məsələləri rusiyalı həmkarı ilə müzakirə edib: “Fikrimcə, İranın qonşuları bizim regionun çiçəklənməsinə və inkişafına istiqamətlənən siyasətimizi pozitiv qarşılamalıdır”.

Sergey Lavrov iranlı həmkarı ilə başqa məsələlərlə yanaşı “3+3” formatını da müzakirə etdiklərini bildirib: “Biz “3+3” formatının yaradılması təşəbbüsünü müzakirə etdik. İranlı dostlar məsələni pozitiv qarşılayıblar. Oxşar münasibəti Azərbaycan və Türkiyədə də müşahidə etmişik. Bu istiqamətdə erməni həmkarlarımızla işləyirik”.

Onun sözlərinə görə, Gürcüstan da bu mexanizmdə özünün əsaslı maraqlarını görə bilər.