İranın ittihamlarına layiqli cavab veriləcək - Deputat

 16:49 07.10.2021     431

"İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq normal münasibətlər səviyyəsindədir. Biz İranla beynəlxalq layihələrdə birgə iştirak edirik. İran rəsmiləri Azərbaycanı Qarabağa İsrail hərbçilərinin gətirilməsində günahlandırır".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib. O qeyd edib ki, İran Azərbaycanla bağlı əsassız ittihamlar irəli sürür:

“Prezident İlham Əliyev Cəbrayıla səfərində də qeyd etdi ki, Azərbaycan müstəqil dövlətdir və əməkdaşlıq edəcəyi özü dövlətləri özü seçir. 30 il ərzində biz İrana Ermənistanla əməkdaşlıq etməsinə heç bir etiraz etmədik. İran Erməsnitanla əməkdaşlığına hələ də davam edir. O cümlədən Azərbaycanla İsrail arasında əməkdaşlıq davam edir. Azərbaycan ərazisinə üçüncü dövlətin nümayəndələrinin gətirilməsi və yerləşdirilməsi həqiqəti əks etdirmir. Azərbaycanı real olmayan bir məsələdə ittiham etmək olmaz".

Millət vəkili bildirib ki, əsassız hər bir ittihama dövlətimiz öz layiqli cavabını verəcək: "İranın narazılığına gəlincə isə Vətən müharibəsindən sonra İranla Ermənistan münasibətlərində çətinliklər yaranıb. Gorus-Qafan yolu Azərbaycanın nəzarətindədir və onlar orada istədiklərini edə bilmir. Bu da gərginliyin yaranmasına səbəb olub. Düşünürəm ki, zaman keçdikcə İran və Ermənistan bu həqiqəti qəbul edəcək. Burada alternativ yoxdur”.

Şəbnəm Mehdizadə