Sahibə Qafarovanın Slovakiyaya rəsmi səfəri başladı - FOTO

 18:21 07.10.2021     1067

Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Slovakiyaya rəsmi səfəri başlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri - Sadiq Qurbanov, Musa Quliyev, Zahid Oruc, Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Anar Məmmədov, deputatlardan Sədaqət Vəliyeva, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Bratislava şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycanın Slovakiyadakı səfiri Rövşən Sadıqbəyli və bu ölkənin rəsmi şəxsləri qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin Slovakiyanın Baş naziri, Milli Şuranın sədri, ölkənin xarici işlər naziri ilə görüşləri nəzərdə tutulub.

Səfər oktyabrın 9-da başa çatacaq.

2