Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belqradda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri tvitterdə bildirib.
"Can Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramovla bu dəfə Belqradda görüşdük. İkitərəfli əlaqələrimizi və noyabrın 12-də İstanbulda keçiriləcək Türk Şurası Zirvəsinə hazırlıqları müzakirə etdik"- nazir qeyd edib.
Qeyd edək ki, Belqradda Qoşulmama Hərəkatının 60 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilir.