Deputat Nuru Paşaya abidə qoymağa ÇAĞIRDI

 15:40 11.10.2021     409

"Bakıda Nuru Paşaya və Türk İslam Ordusuna abidə qoyulmalıdır".

Redaktor.az xəbər verir ki, bu təkliflərlə Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Niyə bu məsələni diqqətdə saxlayan yoxdur? Əvvəllər buna mane olanlar var idi. İndi isə belə bir problem yoxdur. Hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır” - deyən S.Rüstəmxanlı həmçinin bildirib ki, istiqlalçı deputatlara təqaüdlər verilməlidir:

“Xarici ölkələrdə həmin şəxslərə milli qəhrəman adı verilir. Ancaq bu gün onlar həmin adı istəmirlər. Sadəcə, dolanışıqlarının yaxşı olması üçün həmin şəxslərə təqaüd verilməlidir”.