SON DƏQİQƏ: Putin Paşinyanla görüşdü - "Əsas məsələ Qarabağ münaqişəsinin həllidir"

“Şəxsi görüşlər istənilən nəticəni əldə etmək üçün həmişə məhsuldar olur. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Təbii ki, əsas məsələ bölgədəki münaqişənin nizamlanmasıdır".
Redaktor.az-ın xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.
Rusiya lideri MDB-nin qarşıdan gələn sammitini də xatırladıb və bu istiqamətdə təkliflərini səsləndirib.
Paşinyan isə öz növbəsində bildirib ki, Rusiya bölgədə təhlükəsizliyin təmin olunmasında əsas rol oynayır. / Report