Ermənistan və Azərbaycanın xarici işlər nazirləri görüşəcək - Mirzoyan açıqladı

 14:00 13.10.2021     173

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüşün keçirilməsi barədə razılıq əldə olunub”.

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün hindli həmkarı Subramanyama Cayşankara ilə İrəvanda keçirilən brifinq zamanı deyib. 

Ararat Mirzoyanın sözlərinə görə, Minsk qrupunun həmsədrlərinin regiona səfəri planlaşdırılsa da, hələ səfərin vaxtı bəlli deyil. Bu xüsusda, Ermənistanın XİN rəhbəri Azərbaycan xarici işlər naziri ilə görüşün keçirilməsi ilə bağlı razılığın əldə olunduğunu qeyd edib.