Gürcüstanda seçkilərin ikinci turunun vaxtı açıqlandı

 10:31 17.10.2021     231

Gürcüstan Mərkəzi Seçki Komissiyası yerli seçkilərin ikinci turunun tarixini açıqlayıb.

Redaktor.az Gürcüstan mediasına istinadla xəbər verir ki, yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu oktyabrın 30-a təyin edilib.

Məlumata əsasən, ikinci tur Tbilisi, Batumi, Rustavi, Kutaisi, Qori kimi 20 böyük şəhərdə keçiriləcək.