Əsgərimizə atəş açan erməni futbolçu öldü

 15:17 17.10.2021     785

Ermənistanın "Şirak" klubunun futbolçusu Lernik Qazaryan vəfat edib.

Redaktor.az Ermənistan mediasına istinadla xəbər verir ki,  bu barədə Gümrü klubunun mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, futbolçu oktyabrın 17 -də səhər saatlarında ölüb.

Qəzaryan sentyabrın 5-də baş verən qəzadan sonra komaya düşüb.

Qeyd edək ki, Qəzaryan Qarabağdakı 44 günlük müharibədə işğalçı Ermənistan ordusu sıralarında qatılıb.