Paşinyan sülhdən danışdı: "Ermənistan bu ideyanı tam dəstəkləyir”

 21:44 27.10.2021     1681

“Üç ölkə lideri tərəfindən imzalanan  9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda kommunikasiyaların açılmasını nəzərdə tutur.  Ermənistan bu ideyanı tam dəstəkləyir".

Redaktor.az "news.am"a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 27-də Ermənistan Milli Assambleyasının iclasında hökumət saatında kommunikasiyaların açılması barədə danışarkən deyib.

“Bu problemin həlli regionda sülhün və təhlükəsizliyin təmin olunmasına müəyyən təminatlar yaradacaq. Rəsmi İrəvan məsələyə məhz bu nöqteyi-nəzərdən və məhz bu qavrayışla yanaşır”, - Paşinyan vurğulayıb.

Paşinyan əlavə edib ki, hazırda gələcəkdə yüklərin daşınması üçün marşrutlar məsələsi müzakirə olunur.

T.İSMAYIL