Fransa Minsk qrupuna yeni həmsədr TƏYİN ETDİ

Bris Rokfeyl ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri təyin olunub.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat Fransa hökumətinin saytında paylaşılıb.
48 yaşlı Bris Rokfeyl bu vəzifədə Srefan Viskontini əvəz edəcək. Viskonti 2016-cı ilin oktyabrından fransalı həmsədr vəzifəsini icra edib.
Rokfeyl bu vəzifəyə qədər Fransanın Panama və Özbəkistandakı səfiri, həmçinin Rio-de-Janeyro şəhərində Baş konsul olub. 2000-ci illərdə isə Fransanın Rusiya və Türkiyədəki səfirliklərində siyasi məsləhətçi olaraq çalışıb.