“Türkiyə və Azərbaycan yeni layihələr üzərində düşünür” - Binəli Yıldırım

 14:34 04.11.2021     250

“Türkiyə ilə Azərbaycan arasında bir çox layihələr həyata keçirilib. Biz artıq yeni layihələr üzərində düşünürük. Qarabağ münaqişəsinin həllindən sonra yeni imkanlar yaranıb”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

O bildirib ki, regionun 6 ölkəsi gələcəyə açılan yolu bir yerdə qət edə bilər: “Düşünürəm ki, Qarabağ məsələsi buna bir misaldır. Bu münaqişə nəticəsində iki ölkə arasında münasibətlər qurula bilməmişdi. Biz münaqişənin sülh yolu ilə həllini tapsaydıq, silahı əlimizə almazdıq”.