Vidadi Muradov vəfat etdi

 09:16 05.11.2021     242

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov vəfat edib.

Redaktor.az xəbər verir ki, onkoloji xəstəlikdən əziyyət çəkən sabiq sədr bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs edilən V.Muradovun barəsindəki həbs qətimkan tədbiri bir neçə gün əvvəl dəyişdirilərək müalicəsinə şərait yaradılmışdı.

Qeyd edək ki, V. Muradov Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradovun atasıdır.