"Erməni diasporunun liderləri Los Ancelesdə, Parisdə kofe içə-içə Ermənistanı işğala səsləyir"

 10:32 06.11.2021     70

"Erməni diasporunun liderləri Los Ancelesdə, Parisdə oturub, kofe içə-içə Ermənistanı işğala səsləyir. Erməni diasporu da öz iddialarına son qoymalıdır ki, Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşsın".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi başa çatandan sonra Ermənistan mina xəritələrinin yalnız cüzi hissəsini Azərbaycana verib: "Ermənistan diasporu Azərbaycana qarşı nifrət və revanş siyasəti yürüdür. Mənim 8 yaşım var idi, sovet pioneri idim. O günlər xatirələrimdən getmir, münaqişəyə şahidlik etdim. Ermənistanın siyasi rəhbərliyi Azərbaycana nifrət münasibətində idi və istəkləri torpaqlarımızı işğal etmək idi. İstəməzdik ki, hadisələr bu səpkidə inkişaf etsin".