Erika Olson Azərbaycana səfərinin məqsədini açıqladı

 12:08 06.11.2021     245

“Yeni vəzifəyə təyin olunandan sonra Azərbaycana ilk dəfədir səfər edirəm. Burada – Azərbaycanda olmaqdan çox məmnunam”.

Redaktor.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə yeni müavini Erika Olson deyib.

O bildirib ki, səfərinin əsas məqsədi rəsmi Vaşinqtonla Bakı arasındakı münasibətləri gücləndirmək, eyni zamanda, Cənubi Qafqaz ölkələri ilə birgə çalışmaq və regional əlaqələri inkişaf etdirməkdir: “Səfərimin məqsədlərindən biri də əməkdaşlıqla dostluq qurmaqdır”.

Qeyd edək ki, E.Olson Azərbaycanda səfərdədir. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də onu qəbul edib.

E.Olson Bakıya gəlməmişdən əvvəl Ermənistan və Gürcüstanda olub. Diplomat hər iki ölkə rəhbərliyi ilə görüşüb və müzakirələr aparıb (report).

Vumart və Güvən reklamı Vumart Güvən