Türkiyə parlamenti Azərbaycana görə TOPLAŞIR

 14:31 07.11.2021     632

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Məclisi gələn həftə türk hərbçilərinin Azərbaycandakı mandatının uzadılması ilə bağlı Prezidentin təklifini müzakirəyə çıxaracaq.

Redaktor.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, türk hərbçilərinin Azərbaycandakı vəzifə müddətinin uzadılması ilə bağlı müzakirələr noyabrın 9-da keçiriləcək.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılması ilə bağlı TBMM-ə sənəd göndərib.