Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi

Türkiyənin Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə tviter səhifəsində paylaşım edib.
Redaktor.az xəbər verir ki, paylaşımda deyilir:
"Öz torpağındakı işğalı 44 gündə başa çatdıran can Azərbaycanın Zəfər Günü mübarək olsun. Qarabağın azadlığı uğrunda şəhid olan igidlərimizi rəhmətlə yad edir, qazilərimizə şəfa diləyirik".