Putin, Əliyev və Paşinyan arasında danışıqlarıla bağlı hazırlıqlar gedir - RƏSMİ

 13:31 08.11.2021     469

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın arasında video formatında danışıqların aparılması ilə bağlı hazırlıqlar davam edir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, videogörüşün dəqiq tarixinin məlum olmadığını vurğulayıb.