Paşinyan mətbuat katibini işdən çıxardı

 12:33 09.11.2021     116

Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorkyan tutduğu vəzifədən azad olunub.

Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, müvafiq qərarı ölkənin Baş naziri Nikol Paşinyan imzalayıb.

Qeyd olunur ki, qərar “İctimai xidmət haqqında” qanunun 9-cu maddəsinin 10-cu bəndinə əsasən qəbul edilib.

Xatırladaq ki, M. Gevorkyan hökumət başçısının mətbuat katibi vəzifəsinə 2020-ci il martın 2-də təyin olunmuşdu.