Ceyhun Bayramov Fransaya getdi

 13:25 09.11.2021     281

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın paytaxtı Paris şəhərinə yola düşüb.

Bu barədə Redaktor.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

İşgüzar səfər çərçivəsində xarici işlər nazirinin YUNESKO-nun Baş Konfransının 41-ci sessiyasında iştirak və çıxış etməsi, həmçinin bir sıra rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.