Putin, Əliyev və Paşinyan arasında görüş barədə anlaşma yoxdur - Peskov

 14:51 09.11.2021     638

Qarabağla bağlı razılaşmanın ildönümündə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında təmas planlaşdırılmır.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Dmitri Peskov deyib ki, bu gün bu məsələ ilə bağlı heç bir təmas planlaşdırılmır.

O qeyd edib ki, Moskva ilə Bakı və İrəvan arasında əlaqə müxtəlif səviyyələrdə və istisnasız olaraq müntəzəm şəkildə aparılır:

"Üçlükdə ünsiyyətə gəlincə, nə vaxtsa belə bir razılaşma əldə olunarsa, biz sizə məlumat verəcəyik. Hazırda konkret anlaşma yoxdur".