Türkiyə hərbçiləri daha bir il Ağdamda qalacaq - Qərar verildi

 21:25 10.11.2021     1498

Türkiyə Böyük Millət Məclisində Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının uzadılması barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Redaktor.az xəbər verir ki, qanun layihəsinin təşəbbüskarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.

Türkiyəli millət vəkilləri qanun layihəsinə müsbət səs verərək türk hərbçilərin Azərbaycanda daha bir il xidmət keçməsinə razılıq veriblər.

Qeyd edək ki, 2020-ci il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün 1 illik səlahiyyət vermişdi.

Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

T.İSMAYIL