Azərbaycan bu gecə Gorus-Qafan yolunda gömrük və sərhəd postları quracaq - AÇIQLAMA

 22:17 10.11.2021     974

Azərbaycan tərəfi bu gün gecə yarısı Gorus-Qafan yolunda gömrük postları yaradacaq.

Redaktor.az news.am-a istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib.

“Bu gün Azərbaycan tərəfi erməni tərəfinə məlumat verib ki, saat 00:00-dan etibarən Gorus-Qafan avtomobil yolunun hissələrində gömrük və sərhəd prosedurlarını həyata keçirəcək, yəni keçid məntəqəsi yaradacaq”, - Qriqoryan bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi qarşılıqlı addımlar atacaq, gömrük məntəqələri yaradacaq. O qeyd edib ki, artıq işlərə başlanılıb.

Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, alternativ Qafan-Tatev yolu artıq hazırdır və bu yol vasitəsilə həm Gorusa, həm də İrəvana getmək olar. Bu o deməkdir ki, Ermənistanın həm avtomobillərin keçidi, həm də yüklərin daşınması üçün təhlükəsiz alternativi var.

Bundan əlavə, hazırda Şurnux, Vorotan və Çakatənə gedən icmadaxili yolların təmiri davam etdirilir.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən