GUAM-ın Milli Əlaqələndiricilər Şurasının iclası keçiriləcək

 10:58 12.11.2021     142

Noyabrın 23-də GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 56-cı iclası keçiriləcək.

Redaktor.az xəbər verir ki, pandemiya səbəbindən Milli Əlaqələndiricilər Şurasının 56-cı iclası onlayn şəkildə keçiriləcək. İclasda GUAM ölkələri arasında siyasi təmasların genişləndirilməsi, koronavirusa qarşı birgə mübarizə, malların mənşəyinin müəyyənləşdirilməsi barədə protokolun imzalanması, GUAM-ın İsraillə əməkdaşlığı məsələləri müzakirə olunacaq.

Tədbirdə, həmçinin GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması, nəqliyyat dəhlizi layihələri müzakirə ediləcək.

Onlayn iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.