““Teknofest” gələn il Azərbaycanda keçiriləcək” - Ərdoğan

 17:50 12.11.2021     95

“Teknofest” - Aerokosmik və Texnologiya Festivalı gələn il Azərbaycanda keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə çıxışı zamanı açıqlayıb.

“Dörd ildir ölkəmizdə uğurla təşkil olunan “Teknofest” gələn il Azərbaycanda keçiriləcək. “Teknofest”in gələcək illərdə digər qardaş ölkələrdə də təşkil edilməsi faydalı olacaq”, - deyə Ərdoğan qeyd edib.