İstanbul Bəyannaməsi imzalandı

İstanbulda Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi imzalanıb.
Redaktor.az xəbər verir ki, sənəd Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qəbul olunub.
Sənəddə Azərbaycan 44 günlük Vətən müharibəsindəki qələbəsi və Qarabağ torpaqlarının işğaldan azad edilməsi münasibətil təşkilata üzv dövlətlər, eləcə də qurumun Baş katibi adından təbrik edilib.
Həmçinin, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında Azərbaycan - Ermənistan münasibətlərinin normallaşmasına dəstək ifadə olunub. Üzv və müşahidəçi dövlətlərin işğal sonrası ərazilərin bərpası və inkişafına töhfə verməyə hazır olduqları bəyan edilib.
Sənəddə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi alqışlanıb.
Ölkəmizin Qoşulmama Hərakatına sədrliyi müddətində əldə edilən uğurlar da bəyanatda öz əksini tapıb və bu istiqamətdə qazanılan nailiyyətlərin məmuniyyətlə qarşılandığı bildirilib.
Bununla yanaşı, Azərbycan Türk Dövlətləri Təşkilatına uğurlu sədrliyi münasiətilə də təbrik alıb. Ölkəmizin təşkilatın fəaliyyətinə verdiyi töhfə yüksək qiymətləndirilib.