Ombudsmandan erməni terrorçunun Azərbaycan hərbçilərinə hücumu ilə bağlı açıqlama

Azərbaycanın İnsan Hüquqları Müvəkkili (Ombudsman) erməni terrorçunun Şuşada Azərbaycan və Rusiya hərbçilərinə qumbara atmasına münasibət bildirib.
Redaktor.az xəbər verir ki, Ombudsmanın rəsmi tviter səhifəsində bu gün Şuşa yaxınlığında Azərbaycanın hərbi qulluqçularına və Rusiya sülhməramlılarına qarşı Ermənistan tərəfindən törədilmiş terror aktı şiddətlə qınanılıb.
“Bu, regionda sülhün qurulması prosesinə ciddi təhlükədir” - paylaşımda bildirilib.