Fazil Mustafa İlham Əliyevi təbrik etdi

 14:24 13.11.2021     396

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün İstanbulda Türk Dünyasının Ali Ordeni ilə təltif edilib.

Redaktor.az xəbər verir ki, Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa bu münasibətlə dövlət başçısını təbrik edib.

"Ölkə prezidenti, Yeni Azərbaycan partiyasının sədri cənab İlham Əliyevi Böyük Quruluş Partiyası adından təbrik edirəm. Həqiqətən də bu, Azərbaycan xalqına və dövlətinə, ən başlıcası da Qarabağ zəfərimizə verilən bir dəyərdir", - deyə deputat bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən