"Laçın dəhlizinə nəzarəti birdəfəlik ələ keçirməliyik" - ÇAĞIRIŞ

"Rusiya Birinci Çeçenistan savaşında məğlub oldu. Çeçenistan 1990-cı illərin ortalarında faktiki müstəqil idi. Bəs Rusiya İkinci Çeçenistan savaşında necə qalib oldu? Çeçen silahlı qruplaşmalar 1999-cu ildə Dağıstana hücum etdilər, Kreml buna cavab olaraq Çeçenistana daxil oldu, Xasavyurd sazişini cırıb atdı və bu bölgənin müstəqilliyinə son qoydu".
Redaktor.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu özünün feysbuk hesabında yazıb.
"Bu yaxın tarixi ona görə xatırlayıram ki, biz də İkinci Qarabağ süvaşının qalibi kimi hərbçilərimizə qumbara atan terrorçunun əməlinə və Kəlbəcərdə davam edən atışmaya cavab olaraq həm bölgənin silahsızlandırılmasına nail olmalıyıq, həm də Laçın dəhlizinə nəzarəti birdəfəlik ələ keçirməli və bu istiqamətdə sərhəd postları qurmalıyıq. Bununla separatçıların silahlandırılmasının, onlara əlavə qüvvələrin göndərilməsinin və Xankəndini su yoluna döndərənlərin qarşısını almış olarıq", - deyə politoloq bildirib.
T.İSMAYIL