Ceyhun Bayramov Belçikaya səfərə getdi

 12:43 14.11.2021     434

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Brüssel şəhərinə işgüzar səfərə yola düşüb.

Redaktor.az  xəbər verir ki, Azərbaycanın xarici işlər naziri səfər çərçivəsində Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Eyni zamanda, xarici işlər nazirinin Aİ, NATO və Ümumdünya Gömrük Təşkilatının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.