Ermənistanda deputat həbs edildi - FOTO

 17:40 15.11.2021     412

Ermənistan parlamentindəki müxalif “Hayastan” fraksiyasının üzvü, deputat Artur Sarkisyan həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə deputat  Aram Vardevanyan öz "Facebook" səhifəsində yazıb.

Qeyd edək ki, A.Sarkisyan 2016-cə ildə Zəngəzur vilayətinin Sisian rayonunun başçısı işləyib. O, bu il iyulun 17-də Cinayət Məcəlləsinin vəzifədən sui-istifadə və səlahiyyət həddini aşmaq maddələri ilə ittiham olunaraq həbs edilmişdi. A.Sarkisyan oktyabrın ortalarında 20 milyon dram (45 min dollar) girov qarşılığında zaminə buraxılmışdı və deputat kimi fəaliyyətini davam etdiriridi.

Xatırladaq ki, "Hayastan" ("Ermənistan") fraksiyasının rəhbəri keçmiş Prezident Robert Koçaryandır.

2