Ceyhun Bayramov Avropa İttifaqının komissarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Baramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib.
Bu barədə Redaktor.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasından sonra nazir Ceyhun Bayramov Aİ-nin Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə görüşüb.
Görüşdə tərəflər, Azərbaycan və Aİ ikitərəfli əlaqələrinin hazırkı durumu və gələcək inkişaf perspektivləri, əsas prioritet məsələləri, həmçinin Şərq Tərəfdaşlığının qarşıdan gələn zirvə görüşünə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.