“Şuşa Bəyannaməsi bütün sahələrdə əməkdaşlığımızı əhatə edir” - Hulusi Akar

 13:16 16.11.2021     204

“Türkiyə Silahlı Qüvvələri hazırda Azərbaycan ordusunun modernləşdirilməsini və təlim fəaliyyətlərini dəstəkləyir”.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar açıqlayıb.

O qeyd edib ki, işğaldan azad edilən ərazilərdə birgə mina/kustar üsulla hazırlanmış partlayıcı axtarışı və məhvetmə fəaliyyətləri davam edir.

“Hazırda Türkiyə və Azərbaycanın təhlükəsizlik məsələlərini bir-birindən ayrı fikirləşməyin mümkün olmadığı mərhələdəyik.

Başda təhlükəsizlik olmaqla, hər sahədə əməkdaşlığımızı nəzərdə tutan “Şuşa Bəyannaməsi” bu istiqamətdə atılmış tarixi addımdır”, - deyə Akar qeyd edib (TRT Haber).

 

Vumart və Güvən reklamı Vumart Güvən