Laçında 6 erməni hərbçisi əsir GÖTÜRÜLDÜ

 15:29 16.11.2021     919

Azərbaycan-Ermənistan sərhədində hazırda davam edən döyüşlər zamanı 6 erməni hərbçisi Sünik istiqamətində Azərbaycan ordusunun bölmələri tərəfindən əsir götürülüb.

Redaktor.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb. 

Qəzet bu barədə Ermənistan Müdafiə Nazirliyindəki mənbələrə istinadən xəbər yayıb.

Hələlik rəsmi mənbələr məlumatı təsdiqləməyib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.