Ermənistan KTMT-dən hərbi dəstək istəyib? - RƏSMİ AÇIQLAMA

 21:21 16.11.2021     640

“Hesab edirik ki, münaqişə yalnız sülh, siyasi və diplomatik yollarla həll edilməlidir”.

Redaktor.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mətbuat katibi Vladimir Zaynetdinov bildirib.

"KTMT vəziyyəti diqqətlə izləyir. Rəsmi olaraq katibliyə Ermənistan tərəfdən heç bir müraciət daxil olmayıb",- deyə təşkilatın sözçüsü bildirib.