Azərbaycan və Ermənistan arasında atəşkəs ELAN EDİLDİ

 22:00 16.11.2021     1207

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə danışıqlardan sonra Ermənistan və Azərbaycan atəşkəs elan edib, vəziyyət normallaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu telefon danışıqları zamanı Ermənistan və Azərbaycanın müdafiə nazirlərini vəziyyətin gərginləşməsinə səbəb olan hərəkətləri dayandırmağa çağırıb.
"Vəziyyəti sabitləşdirmək üçün tədbirlər görülüb. Hazırda Kilsəli dağı ərazisində toqquşmalar dayandırılıb, vəziyyət normallaşıb və nəzarət altındadır", - məlumatda deyilir.

Ermənistan Müdafiə Nazirliyi Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunmuş razılığa əsasən Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində toqquşmaların saat 18:30-da dayandırıldığını bildirib.