ABŞ dövlət katibi Bakı və İrəvana çağırış etdi

 08:40 17.11.2021     382

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı tərəflərə çağırış edib.

Redaktor.az xəbər verir ki, dövlət katibi Blinken bu barədə "Twitter" hesabında paylaşım edib.

"Ermənistan və Azərbaycan arasında döyüşlər barədə xəbərlər bizi narahat edir. Hər iki tərəfi sərhədlərin demarkasiyası da daxil olmaqla bütün həll edilməmiş məsələlərin həlli üçün birbaşa və konstruktiv şəkildə işləməyə çağırırıq", ABŞ dövlət katibi bildirib.