Üçtərəfli sammitin baş tutması zəruri olacaq - Peskov

“Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli sammiti hansısa mərhələdə zəruri olacaq, lakin bunun üçün bütün tərəflərin razılığı lazımdır”.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əlbəttə, müəyyən mərhələdə belə təmaslar zəruri olacaq, lakin onların mümkün olması üçün üç tərəfin buna razılığı və istəyi lazımdır”, - deyə Peskov bildirib.