"Azərbaycanla sülh sazişi imzalamağa hazırıq" - Paşinyan

 23:18 17.11.2021     476

"İrəvan Bakıya sülh sazişi imzalamağı təklif edib və edir".

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki “hökumət saatı” zamanı bildirib.

“Biz Azərbaycana sülh sazişi imzalamağı təklif etmişik və edirik də. Həmçinin bildirmişik ki, ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlib. Tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır", - deyə Baş nazir qeyd edib.