Baxçalı Ərdoğana Turan xəritəsi hədiyyə etdi - FOTO

 00:58 18.11.2021     1223

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana türk dünyasının xəritəsini hədiyyə edib.

Redaktor.az xəbər verir ki, bu barədə partiya sədrinin rəsmi Tvitter səhifəsində paylaşım edilib.

Xəritədə türk dövlətləri və türklərin yaşadıqları ərazilər, eləcə də, Azərbaycan qeyd olunub. 

Qeyd edək ki, Dövlət Baxçalının Ərdoğana hədiyyəsi Turan vahid türk dövlətinin xəritəsi kimi qiymətləndirilir.

22