Putindən Ermənistan-Azərbaycan sərhədində baş verənlərlərlə bağlı AÇIQLAMA

 17:44 18.11.2021     717

“Bir il öncə Rusiyanın aktiv vasitəçilik səyləri nəticəsində Dağlıq Qarabağda münaqişə dayandırılıb. Lakin Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalar regiondakı vəziyyətin hələ də sona qədər sakitləşmədiyini göstərdi”.

Redaktor.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclasında bildirib. O, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda oynadığı roldan danışıb. 

“Son atışmalar vəziyyətin nizamlanması üçün sülhməramlı qüvvələrin gərəkli olduğunu göstərdi" -deyə V.Putin bildirib.