Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyasına razılıq verib

 15:27 19.11.2021     273

Ermənistan Rusiya Müdafiə Nazirliyinin Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı hazırlıq prosesi sıfırdan başlamaq təklifinə razılıq verib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” frakskyasının üzvü Andranik Köçəryan bildirib. O vurğulayıb ki, bu məsələdə məxfiliyə riayət edilməlidir.

“Vətəndaş müqaviləsi” partiyasının daha bir üzvü, Xarici Əlaqələr Komissiyasının rəhbəri Eduard Ağacanyan öz növbəsində bəyan edib ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası prosesi çərçivəsində işə başlamaq üçün razılıq verdiyi barədə Rusiyaya yazılı bildiriş göndərib. O əlavə edib ki, Ermənistan tərəfi bir sıra texniki məsələlər üzrə razılıq əldə olunan kimi müvafiq komissiyanın formalaşdırılmasına və işə başlamağa hazırdır.