NATO Rusiyaya xəbərdarlıq etdi

 16:28 19.11.2021     371

“Ukrayna sərhədlərinə yaxın yerlərdə Rusiya qoşunlarının böyük və fövqəladə sıxlığını müşahidə edirik”.

Redaktor.az “Haber Global”a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniya kansleri Angela Merkellə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O, Ukrayna sərhəddindəki hadisələri yaxından izlədiklərini bildirib: “Proseslərə nəzarət edirik. Ukraynaya dəstək verməyə davam edəcəyik. Rusiyanı şəffaf olmağa, vəziyyəti mürəkəbbləşdirməməyə çağırırıq”.