“Gürcüstan altılıq platformasında iştirak etməyəcək”

 17:12 19.11.2021     630

“Gürcüstan 3+3 platformasında iştirak etməyəcək”.

Redaktor.az xəbər verir ki, bunu ölkə parlamentində çıxış edən Baş nazirin müavini, xarici işlər naziri David Zalkaliani deyib. 

Onun sözlərinə görə, bu platforma geosiyasi əhəmiyyətə malikdir və Tbilisi bu cür geosiyasi layihədə iştirak etməyəcək. 

O bildirib ki, ölkənin layihəyə qoşulmamasına əsas səbəb orada Rusiyanın iştirakıdır. 

“Həm türkiyəli tərəfdaşlarla, həm azərbaycanlı və erməni həmkarlarımla, həmçinin İranın xarici işlər naziri ilə də görüşlərim olub. Bizim mövqeyimiz onlara aydındır”, - deyə Zalkaliani vurğulayıb.

Bununla belə, Gürcüstanın XİN rəhbəri hesab edir ki, ölkəsinin təklif etdiyi Gürcüstan, Azərbaycan və Ermənistanın iştirakı ilə digər format altılıq platformasına alternativ ola bilər.