İlham Əliyevlə Paşinyan bu tarixdə GÖRÜŞƏCƏK

 23:46 19.11.2021     674

Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa İttifaqının bəyanatında deyilir.

Bildirilir ki, İlham Əliyev və Nikol Paşinyan sərhəddə insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gələcəklər.