Baydenin müşaviri türkiyəli həmkarı ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər

 12:08 20.11.2021     2369

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan türkiyəli həmkarı İbrahim Kalınla beynəlxalq problemləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin saytı məlumat yayıb. Bildirilib ki, onlar bir sıra regional məsələlər, o cümlədən Ukrayna, Əfqanıstan, Suriya və Cənubi Qafqazdakı hadisələrlə bağlı fikir mübadiləsi aparıb, həmçinin Şərqi Aralıq dənizində sabitliyin qorunmasının vacibliyi barədə danışıblar.

Xatırladaq ki, oktyabrın sonunda Romada G20 sammiti çərçivəsində ABŞ və Türkiyə liderləri Co Bayden və Rəcəb Tayyib Ərdoğanın görüşü baş tutub. Danışıqlar zamanı tərəflər Suriyadakı siyasi prosesləri, ehtiyacı olan əfqanlara humanitar yardımın çatdırılması,Liviyadakı seçkilər, Şərqi Aralıq dənizindəki vəziyyət və Cənubi Qafqazda sülhün bərqərar olması üçün diplomatik səyləri müzakirə ediblər.

Nuranə Tofiqli

Vumart və Güvən reklamı Vumart Güvən